Sizin reklam burada
Sizin reklam burada

AzTU-nun rektoru "İDRAK Texnoloji Transfer" MMC-nin rəhbərliyi ilə görüşüb

AzTU-nun rektoru "İDRAK Texnoloji Transfer" MMC-nin rəhbərliyi ilə görüşüb


Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti "İDRAK Texnoloji Transfer" MMC-nin "SMART Things Factory" zavodunda işgüzar görüş keçirib. Görüşdə “İDARK Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev qurumun əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

AzTU-nun istedadlı tələbə və məzunlarının startap layihələrindən danışan rektor Vilayət Vəliyev gənclərin hazırladıqları texnoloji həllərin bir sıra müsabiqələrdə qalib olduğunu diqqətə çatdırıb. Görüş zamanı belə layihələrin "İDRAK Texnoloji Transfer" MMC tərəfindən dəstəklənməsi və əmək bazarına transferi istiqamətində təkliflər irəli sürülüb. Gələcəkdə universitetlə müəssisə arasında əməkdaşlıq haqqında memorandum imzalanmasının nəzərdə tutulduğu da qeyd olunub.

Daha sonra qonaqlar zavodun iş prosesini izləyib.
AzTU-nun rektoru "İDRAK Texnoloji Transfer" MMC-nin rəhbərliyi ilə görüşüb

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ