Əfqanıstanın Cəlalabad şəhərində həbsxanaya hücum nəticəsində azı 29 nəfər həlak olub, 50 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Axar.az xəbər verir ki, əvvəlcə kamikadze bomba yüklü avtomobili həbsxana yaxınlığında partladıb. Ardınca silahlı şəxslər həbsxana binasına daxil olub. 17 saata yaxın davam edən toqquşma nəticəsində hücum dəf edilib. Hücumda iştirak edən silahlılardan beşi öldürülüb. Həmçinin hücum zamanı həbsxanadan qaçmağa çalışan 700-ə yaxın məhbusun tutulduğu bildirilir.
Hücumla bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.