Sizin reklam burada
Sizin reklam burada

Dayanacaqdakı maşınlar belə yandı - VİDEO

Dayanacaqdakı maşınlar belə yandı - VİDEO


İranın Kirmanşah şəhərində nəqliyyat vasitələrinin park edildiyi dayanacaqda yanğın baş verib.

Xeberleragentliyi.com xəbər verir ki, ərazidə yerləşən yanacaq tankeri anidən alovlanmaya başlayıb.

Güclü alov ətrafdakı nəqliyyat vasitələrinə də keçib. Əraziyə yanğınsöndürən maşınları cəlb olunub. Komandalar yanğına müdaxilə edərkən ərazi qara tüstüyə bürünüb. Digər park edilmiş nəqliyyat vasitələri bölgədən çıxarılıb. Polis məmuru Fazlullah Rencber açıqlamasına görə, 8 nəqliyyat vasitəsinin yanaraq kül olduğunu bildirilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.


  • Sosial şəbəkədə paylaş