Sizin reklam burada
Sizin reklam burada

Avqustun 5-dən sonra çimərliklər açılır?- AÇIQLAMA

Avqustun 5-dən sonra çimərliklər açılır?- AÇIQLAMA
Xəbər verdiyimiz kimi avqustun 5-nə kimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında sərt karantin rejimi tədbiq edilir. Avqustun 5-dən sonra müəyyən yumşalmaların olması gözlənilir. Əgər avqustun 5-dən sonra yumşalmalar olarsa çimərliklər açıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, avqustun 5-dən sonra karantin rejiminin yumşaldılması nəzərdə tutulur:

"Əlbəttə bu mövcud vəziyyətdən asılı olacaq. Əgər belə azalma tendensiyası davam edərsə, sərt karantin qaydaları yumşaldılacaq. Yumşaldılmalar yəqin ki, çimərliklərlə də bağlı olacaq. Hesab edirəm ki, çimərliklərin açılması məqsədə uyğundur. İnsanlar karantin qaydalarını gözləməklə qoyulan qaydalara tam riayət edə bilərlər".

  • Sosial şəbəkədə paylaş