Milli Məclisin inzibati binasının qarşısında gənc oğlan özünü doğrayıb.
Xeberleragentliyi.com "baku.ws"-ə istinadən xəbər verir ki, görüntüdə vətəndaşın özünə bıçaqla xəsarət yetirməsi əks olunub.
Onun bu əməlini hansı səbəbdən etdiyi hələlik məlum deyil.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumat veriləcək.