Sizin reklam burada
Sizin reklam burada

Bakıda çoxmərtəbəli binada yanğın - 20 nəfər təxliyə olundu

Bakıda çoxmərtəbəli binada yanğın - 20 nəfər təxliyə olundu


Bakı şəhərinin Nizami rayonunda, çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasında ümumi sahəsi 55 m² olan mənzildə ev əşyaları 20 m² sahədə yanıb.

Xeberleragentliyi.com bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sosial şəbəkədə paylaş