Sizin reklam burada
Sizin reklam burada

Bakıda qadına “dovşan” deyən polis İŞDƏN ÇIXARILDI – VİDEO

Bakıda qadına “dovşan” deyən polis İŞDƏN ÇIXARILDI – VİDEO
Daxili İşlər Nazirliyi yasamalda qadına qarşı kobud ifadə işlədən əməkdaş barədə məlumat yayıb.

Hurriyyet.org-un xəbərinə görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib. Bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmiş və ondan üzr istənilib. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.



  • Sosial şəbəkədə paylaş