Sizin reklam burada
Sizin reklam burada

Ailə milli-mənəvi dəyərlərimizin qarantıdır


Ailə milli-mənəvi dəyərlərimizin qarantıdır


Məlum olduğu kimi, 15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətin təməl daşı sayılıb.

Ümumilli liderimiz Heydər Əliyevin həyatı nəsillərə nümunə olmaqla yanaşı, ideal ailə başçısı kimi göstərdiyi örnək də misilsizdir. O, milli-mənəvi dəyərlərimizin qarantı kimi, ailənin müqəddəsliyinə daim böyük önəm verib. Ulu öndər tarixən formalaşmış Azərbaycan ailəsinin yaşam tərzi, davranış prinsipləri, ailədaxili münasibətlərdə hörmət və etimad, böyüyə və kiçiyə hörmət hissini vacib sayırdı. Bu münasibət indi də dövlət başçımız cənab İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
Yerli icra hakimiyyətləri də bu məsələyə eyni həssaslıqla yanaşır. İsmayıllı Rayon İcra Hakimiyyəti 24 minə yaxın ailənin sosial həyat şəraiti, yaşam tərzi və iqtisadi imkanlarının yaxşılaşması, hər bir ailənin firavan və rahat yaşaması üçün müvafiq tədbirlər həyata keçirir. İmkansız ailə, ahıl və xəstələrə maddi və mənəvi dəstək göstərir. Dünyanı lərzəyə salmış “COVİD-19” pandemiyası dövründə minlərlə ailəyə dövlət imkanları, yardım etməyi sevən fiziki və hüquqi şəxslərin təşəbbüsləri hesabına köməklik göstərililib.
Rayonda nümunəvi, hamıya örnək ola bilən çox sayda ailə vardır. Hər il bu ailələrlə gənclərin görüşləri təşkil olunur. Ailə münasibətlərini necə tənzimləmək, ailə dəyərlərini qoruyub inkişaf etdirmək barədə söhbətlər aparılır. Pandemiya təhlükəsi və karantin dövrünün yaxın zamanda bitəcəyi və bu cür görüşlərin bu il də keçiriləcəyinə inanırıq.
Son illər İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Uşaq və Ailələrə Dəstək Mərkəzinin iştirakı ilə tədbirlər həyata keçirilib. Karantin bitdikdən sonra Qalınçaq, Buynuz, Cülyan, Təzəkənd, Talıstan, Diyallı və digər inzibati ərazilərdə yaşayan nümunəvi ailələrlə görüşlərin keçirilməsi nəzərdə tutulur.
İsmayıllı həmçinin tolerantlığın, multikultural dəyərlərin məkanıdır. Bölgədə 8-ə qədər xalq və etnik qrupun yaşadığı ailələr mövcuddur. Onlarla həmişə icra hakimiyyəti tərəfindən böyük diqqət və qayğı ilə yanaşılır, onların problemləri, qarşılaşdıqları çətinliklər vaxtında həll olunur. Rayonumuzda milli-mənəvi dəyərlər, ailə münasibətləri yüksək səviyədə qorunur, inkişaf etdirilir.

Ailə milli-mənəvi dəyərlərimizin qarantıdır

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ