Sizin reklam burada
Sizin reklam burada

Nadir Zeynalov vətəndaşların səhiyyə sisteminə inamının gücləndirilməsi üçün görülən işlərdən danışıb (FOTO)

Nadir Zeynalov vətəndaşların səhiyyə sisteminə inamının gücləndirilməsi üçün görülən işlərdən danışıb (FOTO)

Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov İctimai TV telekanalında yayımlanan “Diqqət mərkəzində” verilişində çıxış edib, Covid-19 pandemiyası şəraitində milli səhiyyə sistemində görülən işlər, ölkə vətəndaşlarının səhiyyəyə inamı və bir sıra digər vacib məsələlərə toxundu.



İlk növbədə, dünya miqyasında koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan modeli ən uğurlu modellərdən biri sayılmasını vurğulayan Nadir Zeynalov bildirdi ki, bunun bir neçə səbəbi var: ölkəmizdə vaxtında karantin tədbirlərinin tətbiqi, yoluxanların müayinəsi və müalicəsi üçün şərait, əhalinin maarifləndirilməsi, sosial-iqtisadi dəstək, dezinfeksiya vasitələr və tibbi maskalarının istehsalı, epidemik göstəricilərinə nəzarət, Azərbaycanın bir neçə beynəlxalq sammitin videokonfrans rejimində keçirməsi. Aparat rəhbəri bütün bunların dünyada geniş maraq doğurduğu və ölkə səhiyəsinin daxili və beynəlxalq imicinə müsbət təsir göstərdiyini qeyd etdi.



Veriliş aparıcısının müalicə üçün xarici ölkələrə üz tutan xəstələrin səhiyyəmizə inamını geri qaytarmaq üçün nə etmək haqqında suala cavab verərək, Nadir Zeynalov bu məsələnin köklərindən söhbət açdı. Onun sözlərinə görə, cavabı 90-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması nəticəsində yaranmış iqtisadi böhran ölkənin digər sahələri ilə yanaşı səhiyyə sisteminin də çökməsində axtarmaq lazımdır. Verilişin qonağı təmirsiz xəstəxanalar və poliklinikalar, antisanitariya şəraiti, dərmanların ciddi qıtlığı, yaxşı həkimlərin xaricə üz tutub getməsi əhalinin səhiyyə sisteminə ümumi inamsızlığına gətirməsini xatırladı və həmvətənlərimizin müayinə və müalicə üçün daha çox getdiyi ölkələr arasında Rusiya, Türkiyə, İran, Almaniyanı qeyd etdi. İllər keçdikcə bunun gəlirli biznesə çevrilməsi, tibbi turizmin reklam olunmağı haqda danışdı. Hal-hazırda vəziyyətin çox fərqli olduğunu qeyd edən Nadir Zeynalov bildirdi ki, ölkəmizin müstəqilliyi bərqərar olunduqdan sonra dövlətimiz səhiyyə sisteminin bərpası və inkişafı üçün mühüm işlər gördü. “Prezidentimiz öz çıxışlarında qeyd etdiyi kimi, son illər ərzində 750-dən çox tibb müəssisəsi əsaslı təmir olunub və ya yenidən tikilib, müasir avadanlıq və dərmanla təchiz olunub. Kadr hazırlanması sahəsində vacib islahatlar aparılıb. Ümumiyyətlə, düşünürəm ki, milli səhiyyəyə inamın qaytarılması üçün mühüm işlər görülmüşdür, və bu istiqamətdə iş davam edir” - deyə, Nadir Zeynalov məsələ ilə bağlı öz fikirlərini çatdırdı.



Bundan sonra “Diqqət mərkəzində” verilişinin qonağı karantin vəziyyətində xaricə müalicəyə getmək üçün sərhədlərin açılmasını gözləyən pasiyentlərə bir neçə məsləhət verdi. Onun fikrinə görə, vaxt itkisi ağırlaşmalara, xəstləliklərin xronikləşməsinə gətirə bilər. Nadir Zeynalovun sözlərinə görə, koronavirus pandemiyası sərhədlər açılandan sonra da davam edəcək və xəstə insanın xaricə müalicə üçün gedərək koronavirusa yoluxması qorxusu ölkəmizdən daha çoxdur. Bundan sonra tamaşaçılar Azərbaycanda koronaviruslu xəstələrin müalicəsinin ayrılmış müəssisələrdə aparılması haqda məlumat aldılar. Başqa xəstələr ora buraxılmaması səbəbdən tibb müəssisəsinə müraciət etdikdə koronaviruslu xəstə ilə rastlaşma ehtimal minimaldır - Nadir Zeynalov buna əmin olduğunu bildirdi. Sağlamlıqla bağlı problemin mövcud olduğu təqdirdə isə, tərəddüd etmədən həkimə (dövlət və ya özəl tibb sektoruna) müraciət etmək lazımdır.



Müsahibə zamanı respublikamızda kadr hazırlığı sahəsində atılan addımlar haqqında da söhbət aparıldı. Səhiyyə Nazirliyinin aparat rəhbəri tamaşaçıların nəzərinə çatdırdı ki, bu istiqamətdə ölkə səhiyyəsində illərdir ki, ardıcıl iş aparılır. Tibb Universitetinin kurrukulumu Avropa tibb təhsili standartlarını nəzərə almaqla dəyişdirilmiş və bu proses davam etməkdədir. Rezidentura pilləsi internaturanı əvəz etmişdir. Hər il 300-400 arası rezidentlərimiz proqramı uğurla bitirir, dövlət müəssisllərində işlə təmin olunur. Səhiyyə Nazirliyi tərəfindən ölkədə çalışan tibb işçilərinin vahid elektron registrini yaradılması haqda danışan Nadir Zeynalov belə dedi: “Düşünürəm ki, kadr hazırlığı sahəsində görülmüş işləri davam etməklə, zəruri yenilikləri tətbiq etməklə milli səhiyyə sistemimizi dünya standartlarına gətirib çıxara bilərik”.



Bundan başqa, Nadir Zeynalov ölkədə xəstəxanalar fəaliyyətinin təkmilləşdirilməsi üzrə müasir standartların tətbiqi ilə əlaqədar aparıcı və tamaşaçılarla öz fikirlərini bölüşdü. Ölkə səhiyyəsinin hal-hazırda icbari tibbi sığorta sisteminə keçid mərhələsində olduğunu vurğulayan aparat başçısı dövlət tibb müəssisələrinin akkreditasiya olunmasına hazırlaşdığını qeyd etdi. Həmçinin, ABŞ-ın beynəlxalq JCI sertifikatını almış özəl xəstəxanaların da mövcud olduğu haqda da məlumat verildi.



Verilişin sonunda aparıcı tərəfindən verilən səhiyyə sistemindən narazı olan vətəndaşların şikayət edə biləcəkləri konkret mexanizm haqqında suala cavab verərək, bildirdi ki, belə konkret mexanizm mövcuddur. Onun mütəmadi monitorinqi və təkmilləşdirilməsi cəmiyyətlə əks-əlaqənin daha sıx olmasına kömək edəcəyinin şübhəsiz olduğunu vurğuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa göstərişi ilə vətəndaşların müraciətləri qəbul olunur, nəzarətə götürülür, Səhiyyə naziri daim vətəndaşları qəbul edir. Ümumiyyətlə, insanların səhiyyə məsələlərinə həssas yanaşması çox təbii olduğunu vurğulayan Nadir Zeynalov qeyd etdi ki, dünyada çox az ölkə var ki, əhalisi səhiyyə sistemindən tam razı olsun. Son hadisələr tibb işçilərinə nə qədər ciddi ehtiyac olduğunu üzə çıxardı və bunu pandemiyadan sonra da unutmamaq lazım olduğunu qeyd etdi. “Şikayətlərə gəldikdə isə, hər şikayət bir siqnaldır” – deyə Səhiyyə Nazirliyi aparatının rəhbəri öz müsahibəsini başa çatdırdı.



Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ