Sizin reklam burada
Sizin reklam burada

Qarayevi kim əvəz edə bilər? - Deputatlar danışdı

Qarayevi kim əvəz edə bilər? - Deputatlar danışdı
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini və idarə rəisinin külli miqdarda vəsait mənimsədiyi üçün həbs edilməsi ictimaiyyətdə Mədəniyyət naziri Əbülfəs Qarayevin istefası məsələsini gündəmə gətirib.

Maraqlıdır, Əbülfəs Qarayev istefa verərsə, millət vəkilləri bu postda kimi görmək istəyərlər?

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, bu gün Mədəniyyət naziri vəzifəsi üçün Azərbaycanda kifayət qədər istedadlı, qabiliyyətli kadrlar var:

“Ölkə başçısı kimi bu vəzifəyə təyin edərsə, biz onu dəstəkləyəcəyik”.

Fazil Mustafa isə deyib ki, bu sahədə müəyyən qədər təcrübəsi olan və işləmiş şəxslərin nazir təyin edilməsinin tərəfdarıdır:

“Mədəniyyət naziri cəmiyyətlə təmasda olmalıdır. Bu cür kadrlar ölkəmizdə var. Mən konkret kiminsə adını çəkərək başqasının haqqına girmək istəmirəm. Bəlkə mənim dediyim kadrlardan daha yaxşıları var ki, onlar bu vəzifəyə uyğundur. Ona görə də bu məsələlərə qarışmağı doğru saymıram. Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Dəyişiklik məsləhət olarsa, o, bununla bağlı qərar verər”.

Millət vəkili Aqil Abbas da bununla bağlı qərarı yalnız Prezident İlham Əliyevin verə biləcəyini qeyd edib:

“Mədəniyyət naziri hələ vəzifə başındadır. Onu kimin əvəz edib-etməməsi Prezident İlham Əliyevin səlahiyyətindədir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ