Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin əməkdaşları Bakının Nizami rayonunda intihar hadisəsinin qarşısını alıblar.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, mayın 10-da saat 19:00 radələrində paytaxt sakini, 1993-cü il təvəllüdlü Murad Həmidzadə Qara Qarayev prospektindəki körpüdən özünü atmaq istəyib.
Xoşbəxtlikdən hadisə yerində olan polis əməkdaşları gəncin intihar etməsinin qarşısını alıblar.
Məlum olub ki, M.Həmidzadənin həyat yoldaşı itkin düşüb və bu günə qədər tapılmayıb.
M.Həmidzadə bildirib ki, onu intihara sövq edən səbəb budur.
Hazırda 24-cü polis bölməsinin əməkdaşları tərəfindən qadının itkin düşməsi ilə bağlı araşdırma aparılır.