Sizin reklam burada
Sizin reklam burada

Karantin rejimini pozan daha 486 hərəkət iştirakçısı cərimələndi

Karantin rejimini pozan daha 486 hərəkət iştirakçısı cərimələndi


Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 4 may 2020-ci il, saat 00:00-dan 5 may 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 486 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.


Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə, 1 aprel 2020-ci ildən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47 963 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ