Sizin reklam burada
Sizin reklam burada

ADPU-nun Quba Filialında növbəti onlayn təlim keçirilib

ADPU-nun Quba Filialında növbəti onlayn təlim keçirilib

May ayının 2-də filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə  Azərbaycanlı təlimçi, biznestrener və couch, həkim-psixoloq, "KarnegiKlub"un rəhbəri, aparıcı təlimçi,  Beynəlxalq Trenerlər Assosasiyasının üzvü, 2012-ci il Moskvada keçirilən Beynəlxalq Oratorlar Çempionatının Mükafatçısı Nəcəf Allahverdiyev ilə filial kollektivinin "Zoom" platforması üzərindən görüşü baş tutub.
Nəcəf Allahverdiyev "Karantin dövründə yaranan psixoloji çətinliklərlə, streslə mübarizə " mövzusunda 1 saatlıq təlim keçib.
Dosent Yusif Alıyev təlim iştirakçılarını salamlayaraq, Nəcəf Allahverdiyevə dəvəti qəbul etdiyinə və belə bir mövcud şəraitdə məsafədən belə olsa tələbələrimizə pozitiv, inam dolu məsləhətlər verdiyinə görə təşəkkür edib, filialda son dövrdə görülən layihələrdən, atılan uğurlu addımlardan bəhs edib, vurğulaylb ki, inamla başladığımız işlərdən alınan nəticələrimiz bizləri çox sevindirir, biz mövcud pandemiya şəraitində özümüzü, yaradıcılığımızı, istedadımızı kəşf edə bildik.
Təlim müddətində çox maraqlı məqamlara toxunan, diqqətçəkici psixoloji metodlardan istifadə edən Nəcəf Allahverdiyev də görüşün təşkilatçılığına görə Yusif Alıyevə təşəkkür edib, filialda görülən işlərin təsadüf olmadığını, idarəetməni bilən rəhbərin zəhmətinin nəticəsi olduğunu vurğulayıb.

Sonda Nəcəf Allahverdiyev ona ünvanlanan sualları cavablandırıb.


ADPU-nun Quba Filialında növbəti onlayn təlim keçirilib
ADPU-nun Quba Filialında növbəti onlayn təlim keçirilib
ADPU-nun Quba Filialında növbəti onlayn təlim keçirilib
ADPU-nun Quba Filialında növbəti onlayn təlim keçirilib
ADPU-nun Quba Filialında növbəti onlayn təlim keçirilib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ