"Karantin rejiminin yumşaldılması göstərdi ki, insanlarımızın çoxusu məsələnin nə qədər ciddi olduğunu başa düşmür"
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirib. O qeyd edib ki, karantin qaydalarına riayət etmək lazımdır:
"Operativ Qərargah karantin rejimini uzada bilər. İkinci dalğa gəlsə, uzunmüddətli karantin rejiminə də keçə bilərik. Ona görə də insanlara müraciət edirik, sosial izolyasiya və qoruyucu vasitələrdən istifadə qaydalarına tam əməl etsinlər. Bu, çox ciddi məsələdir.
Karantin rejiminin ciddi aparıldığı dövrdə yaxşı nəticələr əldə etdik. Görünür ki, bu, insanlarımızı arxayınlaşdırıb. Düşünürəm ki, buna ehtiyac yoxdur. Son günlərdə artıq koronavirusa yoluxanların artığını görürük. Bu, bizi narahat edib, düşündürməlidir.
Koronavirus təhlükəsi hələ bitməyib. Ola bilsin ki, bu virus bir neçə müddət davam etsin. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar". //Sonxeber.az
