“RİA Novosti” xəbər verir ki, A.Simonyan küçədə gəzərkən Danielyana salam verib, lakin əvəzində öz ünvanına ağır təhqirlər eşidib.
Buna dözməyən vitse-spiker bloqerə “kəllə” vurub.
Nəticədə hər ikisi həkimlərə müraciət etməli olub.
“Öz ünvanıma təhqir eşitdikdə mən Danielyanın yaxasından tutaraq başımla onun burnuna güclü zərbə vurdum. O, orada tək deyildi. Onun yanında daha iki nəfər var idi. Onlar da mənə bir neçə zərbə vurdular”, - deyə Simonyan əlavə edib.
Yerli hüquq-mühafizə orqanları hələki bu barədə açıqlama verməyib.
