Azərbaycanın baş prokuroru Zakir Qaralov vəzifəsindən azad edilib.
Xeberleragentliyi.com Axar.az-a istinadən xəbər verir ki, onun yerinə Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin namizədliyini irəli sürüb.
K.Əliyevi Milli Məclisin təsdiq edəcəyi gözlənilir.