Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda dəhşətili hadisə: Ana və oğul güllələndi - TƏFƏRRÜAT

Azərbaycanda dəhşətili hadisə: Ana və oğul güllələndi - TƏFƏRRÜAT
Gədəbəy rayonunda ötən ilin sentyabrında dəhşətli qətl hadisəsi törədən şəxsə 6 maddə üzrə ittiham irəli sürülüb.

Teleqraf.com-un xəbərinə görə, Şəmkir rayon sakini Əmiraslan Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə ), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanı tərəfindən Əmiraslan Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Gədəbəy rayon Məhkəməsinə təqdimat verilib.

Hakim Maarif Kazımovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Əmiraslan Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 aya qədər artırılıb.

İttihama görə, ötən ilin avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Əmiraslan Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qohumu Rüxsarə Vəliyevaya qolundan, onun oğlu Anar Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Əmiraslan Həsənov sonradan Rüxsarə Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb.

Nəticədə oradakı əşyalar, habelə 20 kvadrat metr sahədə dam örtüyü yanıb. Yanğın söndürülüb, Rüxsarə Vəliyeva və Anar Əliyev xəstəxanaya yerləşdiriblər. Gədəbəy rayon polis şöbəsnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Əmiraslan Həsənov saxlanılıb.

Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.

Bildirilir ki, 1956-ci il təvəllüdlü Əmiraslan Həsənovun həyat yoldaşının valideynləri dünyasını dəyişəndən sonra hər iki tərəf arasında əmlak uğrunda münaqişə yaranıb. Həmin əmlak 25 sot torpaq sahəsindən və evdən ibarət olub.

Sonradan Əəmiraslan Həsənov məhkəməyə müraciət edib. Məhkəmə 25 sot torpaq sahəsinin mülkiyyət hüququnu ona verib. Evin sənədi olmadığı üçün mülkün kimə məxsus olduğu müəyyənləşdirilməyib.

Həmin evdə Əmiraslanın dünyasını dəyişən qayınının həyat yoldaşı İradə Əliyeva və onun iki qızı yaşayırmış. Əmiraslan Həsənov onları evdən çıxarmaq istəyib. Buna görə mübahisə yaranıb.

Bu zaman o, tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu 1985-ci il təvəllüdlü Rüxsarə Vəliyevaya qolundan, onun 2004-cü il təvəllüdlü oğlu Vüqar Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Hazırda Gədəbəy rayon Prokurorluğunda istintaq davam edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ