Sizin reklam burada
Sizin reklam burada

Banka kredit borcu olanlar mütləq oxusun! - EKSPERT İZAH EDİR...

Banka kredit borcu olanlar mütləq oxusun! - EKSPERT İZAH EDİR...


Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib ki, Mərkəzi Bank pandemiyanın maliyyə bazarına və müştərilərinə təsirlərini minimumlaşdırmaq üçün, 4 əsas istiqamət üzrə güzəşt tədbirləri həyata keçirəcək:

"Tədbirlərə əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək verilmiş ipoteka kreditləri, Fondun razılığı əsasında bu il sentyabrın 30-dək restrukturizasiya olunacaq, yəni güzəşt tətbiq olunacaq. Fondun vəsaitləri hesabına martın 1-nə kimi verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi də tapşırılıb".

O bildirib ki, əsas məqamlardan biri kredit borcu olanlarla bağlıdır. Paketə görə, kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması banklara tövsiyə edilir:

"Bu o deməkdir ki, Mərkəzi Bank banklara kreditini ödəməkdə çətinlik çəkənlərə cərimə faizi və dəbbə pulu yazmamağı tövsiyyə edib. Sənədə əsasən, bu il martın 1-i keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunacaq Borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi şərti ilə. Yəni, əgər vətəndaşımızın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, bu onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək. Paket maliyyə bazarlarında digər sektorları da əhatə edir. Etiraf etmək lazımdır ki, güzəşt paketi sistemlidir və pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdırmağa imkan verəcək. Paketin tam mətni artıq Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ