\
Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi olub.
Oxu.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Məhəmməd Əhmədbəyli Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis mayoru Rəşad Quliyev ötən gün işdən azad olunub.