Xəzər TV-də yayımlanan “5-də 5” proqramının dünənki buraxılışında mövcud karantin qaydalarına əməl olunmayıb.
“Qafqazinfo” xəbər verir ki, Zaur Kamalın aparıcılıq etdiyi verilişə dəvət olunan 8 nəfərdən ibarət qonaq sosial məsafəni qorumayıb.
Belə ki, “İmtahan” serialının üzvləri layihənin 561-ci buraxılışını qeyd edərkən karantin qaydalarını pozublar.
https://ok.ru/video/1655906306666