Bütün Türkiyə eyni anda “İstiqlal marşı” oxuyacaq
Türkiyədə 23 aprel şənlikləri koronavirusa qarşı tədbirlər fonunda məhdudlaşdırılıb.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Ancaq sözügedən məhdudiyyətlər qardaş ölkənin 23 aprel Uşaq Şənliyini təntənə ilə qeyd etməsinə əngəl olmayacaq. Bayram əhval-ruhiyyəsi axşam saatlarında ən çox evlərin eyvanlarında hiss ediləcək.
Belə ki, saat 21:00-da Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə bütün Türkiyə eyni vaxtda “İstiqlal marşı”nı oxuyacaq. Bu, televiziya kanalları vasitəsilə canlı yayımlanacaq.