Sizin reklam burada
Sizin reklam burada

"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi

"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi

"Yol hərəkəti haqqında" qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 “Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarının (qurumlarının) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlərin 7%-i dövlət büdcəsinə köçürüləcək.

Sənəd müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ