Afrika qitəsində qeydə alınmış koronavirus hallarının sayı 16 mini ötsə də, iki ölkədə hələ də koronavirus aşkarlanmayıb.
"Report” "A Haber”ə istinadən xəbər verir ki, bunu Afrika Xəstəliyə Nəzarət və Qabaqlama Mərkəzi açıqlayıb.
Bildirilir ki, Afrikada indiyədək 16 285 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. İndiyədək ölənlərin sayı isə 874 nəfərdir.
Məlumata görə, qitənin 2 ölkəsində - Lesoto və Komor adalarında hələlik koronavirus aşkarlanmayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 013 000-i ötüb. Bunların 491 765 nəfəri sağalıb, 127 583 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.