Aprelin 20-dən sonra da karantin rejimi uzadılacaq, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqinlap də çıxışı zamanı deyib.
"TƏBİB-də karantin rejiminin sonlandırılması üçün tədbirlər hazırlanır. Epidemioloji vəziyyət göstərir ki, bu rejimin uzadılmasına ehtiyac var. Bu sərt karantin rejimindən tədricən çıxmalıyıq. Hazırda tədricən, məthələli çıxış barədə düşünürük", -deyə o vurğulayıb.
Onun sözlərinə görə, ancaq katantin rejiminə əməl edilməməsi ikinci dalğanı yarada bilər. Araşdırmaların nəticələri göstərir ki, karantin tədbirlərində laqeydlik yol verilməzdir.
Onun sözlərinə görə 20 apreldən nəzarət altında karantin rejimindən tədricən çıxmaqla bağlı müraciət ediləcək. Bununla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq.