Sizin reklam burada
Sizin reklam burada

11-ci mərtəbədən yıxıldı, həyətdəki avtomobilin üstünə düşüb sağ qaldı

11-ci mərtəbədən yıxıldı, həyətdəki avtomobilin üstünə düşüb sağ qaldı
Rusiyanın Nijni Novqorod vilayətində 11-ci mərtəbədən avtomobilin üstünə düşərək, ona zərər yetirən kişi cərimə ödəyəcək.

“RİA Novosti” xəbər verir ki, sərxoş vəziyyətdə olan 29 yaşlı şəxs 11-ci mərtəbədən binanın həyətindəki avtomobilin üstünə düşüb.

O, özü sağ qalsa da, maşına ciddi ziyan dəyib.

Məhkəmənin qərarı ilə, o, 73 min rubl (1700 AZN) məbləğində dəyən zərəri ödəməli olacaq.

Qeyd edilib ki, təyin olunan məhkəmə avtotexniki ekspertizası maşının bərpasının texniki cəhətdən mümkün olmadığını müəyyənləşdirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ