Sizin reklam burada
Sizin reklam burada

ŞAD XƏBƏR: Dövlət bu valideynlərin uşaqlarının da təhsil haqqını ÖDƏYƏCƏK - RƏSMİ

ŞAD XƏBƏR: Dövlət bu valideynlərin uşaqlarının da təhsil haqqını ÖDƏYƏCƏK - RƏSMİ


Ötən gün Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verdi.

Qərara əsasən, təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
Metbuat.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov məsələyə münasibət bildirərək deyib ki, hətta övladını tək başına böyüdən, oxudan valideyinin də övladının təhsil haqqını 2020-ci ildə dövlət ödəyəcək.

Amma burada müəyyən şərtlər var.Həmin kateqoriyaya daxil olan valideyinlər aşağıdakılardır:

- I və II dərəcə əlilliyi olan şəxslər;

- işsiz kimi qeydiyyatda olanlar;

- yaşa görə əmək pensiyaçıları;

- yaşa görə sosial müavinət alanlar

Əgər tələbənin ödənişi hər iki yarım illik üçün tam ödənilibsə həmin ödəniş növbəti təhsil ilinə keçiriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ