Sizin reklam burada
Sizin reklam burada

“İran “TIR”ları Dağlıq Qarabağa neft daşıyır” - ETİRAZ

“İran “TIR”ları Dağlıq Qarabağa neft daşıyır” - ETİRAZ

"İran İslam Respublikasının Ermənistanla siyasi-iqtisadi əməkdaşlığı bu ölkənin daxili işidir. Təbii ki, Azərbaycan buna etiraz etmir. Amma rəsmi Tehranın Azərbaycanın işğal olunmuş ərazilərində separtçılarla qeyri-rəsmi əməkdaşlığı birbaşa Azərbaycana qarşıdır və buna susmaq olmaz".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, İran Ermənistan ərazisindən öz yük və neft daşıyan TIR-larını Qarabağa göndərir, burada işğalçılara lojistik dəstək verir.

"Bununla bağlı yayılan videoda aydın olur ki, İran dövlət nişanlı TIR-lar Qarabağdadır və buraya benzin və digər neft məhsulları daşıyır. Deməli, İran hakimiyyəti bu yolla öz destruktiv siyasətini davam etdirir. İran Yəməndə Husiləri, İraqda Həşdi Şabiləri, Livanda Hizbullahı necə lojistik dəstək verirsə, Qarabağdakı separtçılara, işğalçı orduya bu elə dəstək kimidir. İranın bu hərəkəti Azərbaycanla qonşuluq əlaqələrinə kölgə salır və rəsmi Tehranın Qarabağ münaqişəsinin Azərbaycanın lehinə həll olunmasında maraqlı olamdığını ortaya qoyur. Azərbaycan XİN İrandan bununla bağlı izahat tələb etməli, İranın ölkəmizdə səfiri nazirliyə dəvət edilib aydınlıq gətirməlidirlər. Azərbaycan bunu ciddi araşdırmalı və İranın ölkəmizin suverenliyini pozaraq işğal olunmuş ərazilərimizdə fəaliyyətinə son vermək üçün Tehranla ciddi müzakirələr aparılmaldır" – deyə, politoloq qeyd edib.

Ekspert vurğulayıb ki, İranın Qarabağda qida və tikinti şirkətləri fəaliyyət göstərir. Şuşada məscidin restavrasiyasını İran şirkəti həyata keçirib. Ermənistan istənilən zaman İran əleyhinə fəaliyyətə keçər. ABŞ-ın İrana qarşı sanksiyalarına Nikol Paşinyan İranla sərhəddi bağlamaqla mesaj vermişdi. Ermənistanın İrana münasibəti budur: "Göründüyü kimi İran özü Azərbaycanla problemlər axtarır və hələ usanmadan deyir ki, Tehran Qarabağ münaqişəsinin həllində aktiv ola bilər. Sualım ölkəmizdəki İran səfirliyinədir. İran Qarabağdakı separtçılara yanacaq göndərməklə münaqişəsinin həllində belə dəstək olmaq istəyir? İranın bu siyasəti İslam həmrəyliyinə uyğundurmu?".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ