Sizin reklam burada
Sizin reklam burada

Alatava, Papanin, Xutor sökülsün, AMEA ləğv edilsin - Video

Alatava, Papanin, Xutor sökülsün, AMEA ləğv edilsin - Video


Büdcə vəsaitləri hesabına tikintidə çalışanların iş yerlərini qoruyub saxlamaq siyasəti özünü doğrultmayacaq. Tikinti sektorunun inkişafı üçün özəl tikinti şirkətlərinin fəaliyyətini canlandırmaq lazımdır. Yəni mənzil və istehsalat müəssisələri üçün bina tikintisinə icazə alma şərtləri xeyli sadələşdirilməli, sahibkarlardan qanunsuz tələblərə son qoyulmalı, onların ucuz kreditlərə çıxışı təmin olunmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı zamanı büdcə layihəsi hazırlanarkən tikintiyə ayrılan xərclərin iki dəfə azaldılması, elm və təhsilə ayrılan xərclərin isə iki dəfə artırılması təklifi haqda danışarkən deyib.

O bildirib ki, tikinti sektorunun canlanması iqtisadiyyatın bir çox sahələrinin inkişafına ciddi töhfə verəcək:

“Bakıdakı Alatava, Papanin, Xutor və s. bu kimi adi standartlara cavab verməyən yaşayış məskənləri, köhnə beşmərtəbəli binalar sökülüb və yerlərində müasir yaşayış kompleksləri tikilməlidir. Mövcud problemləri aradan qaldırıb tikinti sektorunu canlandırmaq üçün artıq Azərbaycan İnşaat Korporasiyası yaradılıb. Ümid edirəm, Prezident məmurların müqavimətini qıracaq və islahatların yolunu açacaqdır”.
Q.Həsənquliyevin sözlərinə görə, təhsilin inkişafı üçün məktəb müəllimlərinin minimal əmək haqqı 1000 manat olmalı və infilyasiyaya qarşı indeksləşdirilməlidir:

“Gənc ailələr üçün böyük maddi və psixoloji problemlər yaradan repetitorluğa son qoymaq üçün ali məktəblərə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq həyata keçirilməlidir. Orta məktəblərdə birnövbəli təhsili təmin etmək məqsədilə özəl orta məktəblərin tikintisi üçün torpaq sahələrinin ayrılması, ucuz kreditlər və vergi güzəştləri yolu ilə stimullaşdırılmalıdır. Ali təhsil müəssiələrinin böyük əksəriyyəti, o cümlədən Elmlər Akademiyası özəlləşdirilməlidir. Elmlər Akademiyası özəl universitetə çevrilməlidir. Bütün inkişaf etmiş ölkələrdə əsas elmi araşdırmalar universitetlərdə aparılır. Mülkiyyət növündən asılı olmayaraq, bütün universitetlərin rektorları həmin ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə seçilməlidir. Universitetlərin fəaliyyəti üçün tələbə yataqxanalarının olması əsas şərt kimi qoyulmalı, tələbələrə təhsil kreditləri verilməlidir. Universitetlər üçün yüksək ixtisaslı müəllimlər hazırlamaq məqsədilə hər il 1000 (min) nəfər dövlət hesabına, eyni sayda şəxs isə universitetlərin öz hesabına dünyanın nüfuzlu universitetlərinə göndərilməlidir. Bu cür ciddi qərarlar qəbul etməklə, elmə və təhsilə ayrılan xərcləri ilkin mərhələdə ən azı iki dəfə artırmaqla biz bu sahədə əhəmiyyətli uğurlar qazana bilərik”.



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ