Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) paytaxtı Dubayda evlənmək və boşanmaq dayandırılıb.
Xeberleragentliyi.com bildirir ki, bu addım koronavirus pandemiyasının qarşısının alınması üçün atılıb.
Ədliyyə Nazirliyinin rəsmi saytında evlənməyə hazırlaşanların bu planlarını təxirə salmaları, ailədaxili olsa belə toy etməmələri haqqında müraciət ünvanlanıb.
Qeyd edək ki, BƏƏ-də koronavirusa yoluxanların sayı 2700-ə çatıb. 12 nəfər infeksiyanın qurbanı olub.