Sizin reklam burada
Sizin reklam burada

Hərbi prokuror vəzifəsinə təyin olunan Xanlar Vəliyev kimdir? - DOSYE

Hərbi prokuror vəzifəsinə təyin olunan Xanlar Vəliyev kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.

Xanlar Vəliyev kimdir? Metbuat.az Xanlar Vəliyevin dosyesini təqdim edir:
Vəliyev Xanlar Rüstəm oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına təyinat alaraq, müxtəlif məsul vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində qulluq keçmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmiş və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdür.

Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, monoqrafiyaların, kitabların və dərs vəsaitlərinin müəllifidir.

Müşahidələr qəti əminliklə onu deməyə əsas verir ki, Hərbi Prokuror Xanlar Vəliyevin rəhbərliyi ilə Hərbi Prokurorluğun kollektivi Ulu Öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun uğurla davam etdirilməsində, ölkədə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artırmış, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin daha da qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirmişdir.

Ədliyyə general-leytenantı X.R.Vəliyevi yeni təyinat münasibəti ilə ürəkdən təbrik etməklə, ona və rəhbərlik etdiyi kollektivə uğurlar diləyirik.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ