Dünya Bankının Azərbaycan üzrə verdiyi yeni proqnoza əsasən, 2021-ci ildə ölkədə ÜDM-in artım tempi 2,2%, 2022-ci ildə isə 2,4% təşkil edəcək.
"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, Dünya Bankının ilin əvvəlində dərc olunan bundan öncəki proqnozunda sözügedən göstəricilər 2021-ci il üçün 2,1%, 2022-ci il üçün isə 2,2% təşkil edib.
Qeyd edək ki, bank bu il Azərbaycanda iqtisadiyyatın 0,2% azalacağını proqnozlaşdırır. İlin əvvəlində isə Dünya Bankı ölkədə ÜDM-in artım tempinin 2,3% təşkil edəcəyini proqnozlaşdırırdı.