Sizin reklam burada
Sizin reklam burada

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu dəyişib

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu dəyişib


ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Azərbaycanda 2020-2021-ci illərdə gündəlik neft hasilatı üzrə proqnozunu dəyişib.

"APA-Ecocomics"in EIA-ya istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda orta gündəlik neft hasilatı 750 min barel səviyyəsində olacaq ki, bu da öncəki proqnozdan 20 min barel azdır. Məlumata görə, gələn il Azərbaycanda gündəlik neft hasilatı 730 min barel təşkil edəcək (mart ayı üçün verilən proqnoza görə, bu göstərici 750 min barel təşkil etməli idi ).

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda ortalama gündəlik neft hasilatı 790 min barel təşkil edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ