Dünyanın üzərinə kabus kimi çökən koronavirusun yaz-yay aylarında temperaturun yüksəlməsi ilə məhv olacağı haqqında çox məlumatlar var.
Xeberleragentliyi.com xəbər verir ki, Türkiyəli professor Orxan Şən bu məsələyə münasibət bildirərək qeyd edib ki, havadakı istilik və günəş işığı virusu öldürür amma yox etmir.
'' Məsələnin mahiyyəti virusun yayılma tezliyindədir. Biz bunun təcrübədə uğurlu olub olmaması yalnız may ayında biləcəyik. O zaman havada temperatur 27 dərəcədən çox olacaq.
Hal hazırda temperatur dərəcəsi 25-27 arasında dəyişilən Malaziya,Sinqapur və Hon-Konqda ölüm sayının nisbətən aşağı olması bunu izah edir. Amma istiliyin yüksəlməsindən asılı olmayaraq hər kəs karantin qaydalarına sosial məsafədə uzaqlığa diqqət etməlidir.
Elm komitəsi üzvü professor Ləvənt Yamanel də bu barədə müsbət düşünür.
"Tənəffüs yolu xəstəliklərinə səbəb olan viruslar tez-tez havanın istiləşməsi ilə effektivliyini itirir və xəstəliklər tez-tez azalır. Koronavirusun istiliyə və UB şüalarına həssas olması ilə bağlı tədqiqatlar da mövcuddur. Dünyanın bəzi yerlərində temperatur əsasında virus yayılma sürətində azalma var. Ümid edirik ki, yayılma tempi istiləşmə ilə azalacaq.
Məlumat üçün bildirək ki,Türkiyədə koronavirusdan bugünə kimi yoluxanların sayı 27 minə çatıb. Bu virusdan 574 nəfər isə həyatını itirib.
Mənbə:Cnnturk.com