Sizin reklam burada
Sizin reklam burada

Karantin qaydalarına nəzarətə FHN və DSX hərbçiləri də qoşuldu - SON DƏQİQƏ

Karantin qaydalarına nəzarətə FHN və DSX hərbçiləri də qoşuldu - SON DƏQİQƏ

Lənkəran Şəhər Rayon Polis Şöbəsi koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq tədbirləri davam etdirir.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, əhalinin sıx toplaşdığı ərazilərə, park və xiyabanlara nəzarət gücləndirilərək, həmin ərazilərə giriş tamamilə məhdudlaşdırılıb.

Eyni zamanda, polis əməkdaşları tərəfindən şəhərin giriş-çıxış hissələrində və bəzi yerlərində nəzarət-buraxılış məntəqələri yaradılıb, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli avtomobillərin və yük maşınlarının hərəkəti istisna olmaqla nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə şəhərin müxtəlif ünvanlarında, park və xiyabanlarda, yaşayış binalarının qarşısında sakinlərlə maarifləndirici söhbətlər aparılıb, vətəndaşlardan məsuliyyətli olmaları tələb edilib, infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ətraflı məlumatlar verilib.

Sakinlərə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyə edilib və əks halda, tələblərə əməl etməyənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqları onların nəzərinə çatdırılıb.

Həmçinin polis əməkdaşları tərəfindən şəhər ərazisində xidmət aparılan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən 25 obyekt aşkar edilib. Həmin obyekt sahibləri barəsində karantin rejim qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və fəaliyyətləri dayandırılıb.

Bununla belə, karantin qaydalarına nəzarət etmək və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün kənd ərazilərinə də polis naryadları ayrılıb. Bu gündən etibarən isə Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup hərbi qulluqçusu karantin qaydalarına nəzarət edir.

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev "Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, fövqəladə vəziyyət rejimini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyinin də qüvvə və vasitələrindən istifadə olunacaq.

Beləliklə, həmin qanunun 11-ci, 15.1-ci və 28-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın və 12.2.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirəcəklər.

Qanunda göstərilib ki, müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələri müvafiq icra hakimiyyəti orqanının qüvvələri tərkibində fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsas olmuş halların aradan qaldırılmasında və insanların həyatının xilas edilməsində iştirak edilməsi məqsədilə cəlb olunur.

Karantin qaydalarına nəzarətə FHN və DSX hərbçiləri də qoşuldu - SON DƏQİQƏ
Karantin qaydalarına nəzarətə FHN və DSX hərbçiləri də qoşuldu - SON DƏQİQƏ
Karantin qaydalarına nəzarətə FHN və DSX hərbçiləri də qoşuldu - SON DƏQİQƏ
Karantin qaydalarına nəzarətə FHN və DSX hərbçiləri də qoşuldu - SON DƏQİQƏ

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ