Sizin reklam burada
Sizin reklam burada

Düşmənlə daha böyük qarşıdurmalara hər zaman hazır olmalıyıq

Düşmənlə daha böyük qarşıdurmalara hər zaman hazır olmalıyıq


Son bir neçə həftədir ki, düşmənin həm Azərbaycan-Ermənistan sərhəddi, həm də təmas xəttində aktivləşməsi, yeni-yeni təxribatlara əl atması müşahidə edilir.

Ermənistan ordusunun bu aktivliyi necə dəyərləndirilməlidir? Bu, düşmənin ənənəvi təxribatlarının davamıdır, yoxsa baş verənlər Ermənistanın daha böyük hərbi qarşıdurmaya hazırlaşdığını göstərən nəbz yoxlamalarıdır?

Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə düşmən təxribatlarına hər zaman hazır olmağın vacibliyinə diqqət çəkdi:

“Hər il mart-aprel aylarında belə gərginlik yaşanır. Dağlara qar düşəndə mövqelər bir-birindən nisbətən uzaqlaşır. Qar əriməyə başlayanda hər iki tərəf çalışır ki, öz mövqelərini yenidən tutsun. Bu dəfə qış azqarlı oldu. Ikincisi, ermənilər bu dəfə çalışdılar ki, hərəkətə daha tez keçsinlər. Azərbaycan tərəfi isə düşmənə layuiqli cavab verir.

Hələlik bunu “yaz hərəkətliliyi” kimi qiymətləndirməliyik. Çünki hər il eyni proses baş verir. O ki qaldı, proseslərin daha ciddi qarşıdurmaya keçməsinə, bu risk həmişə mövcuddur. Buna hər zaman hazır olmalıyıq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ