Sizin reklam burada
Sizin reklam burada

DYP-dən sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

DYP-dən sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

“Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudiyyətə baxmayaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan şəxslərin müxtəlif yollarla ərazilərə gəlməyə cəhd edirlər. Qaydaları pozan sürücü və sərnişinlər cərimə olunacaq”.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, qoyulan qadağanın qüvvədə olmasına baxmayaraq, istər minik, istərsə də yük maşınlarının sürücüləri tərəfindən qeydiyyatsız sərnişinlərin daşınması halları çoxdur”.

“Sürücülərə və sərnişinlərə bu mövzu ilə əlaqədar dəfələrlə müraciət olunub. Bir daha sürücülərdən yollarda, xüsusilə də keçid postları təşkil edilmiş ərazilərdə sıxlıq yaranmaması, habelə özlərinin məsuliyyətə cəlb edilməmələri üçün xüsusi rejimə ciddi riayət edilməsi, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan sərnişinlərin həmin istiqamətdə daşınması hallarına yol verilməməsi xahiş olunur.

Əks təqdirdə respublikanın müxtəlif şəhər və rayonlarından qeydiyyatı olmayan sərnişinlərin daşınması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması, yəni epidemiya əleyhinə rejimin pozulması kimi qiymətləndiriləcək və bu qaydaları pozmuş sürücü və sərnişinlərə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə və ya bir ayadək müddətə inzibati həbs cəzası tətbiq ediləcək”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ