Nazirlər Kabineti yanında operativ qərərgahın Azərbaycanda izolasiya tədbirləri ilə bağlı qərarında dəyişiklik edilib.
Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova "Facebook” hesabında canlı yayımda elan edib.
Onun sözlərinə görə, 19-20-21 mart tarixlərində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olan vətəndaşlar rayonlara səfər edə biləcəklər.
Nuridə Allahyarova bildirib ki, Rayondan Bakıya və Sumqayıta, eyni zamanda, Abşeron rayonuna səfərlər 27-28 mart tarixlərində baş tutacaq və ancaq Bakı Şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonunda qeydiyyatda olan vətəndaşlarımız üçün mümkün olacaq.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, dəyişikliklər operativ qərərgahla razılaşdırılıb.