Sizin reklam burada
Sizin reklam burada

İtaliya A Seriyasının bütün oyunları təxirə salındı

İtaliya A Seriyasının bütün oyunları təxirə salındı

Futbol üzrə İtaliya A Seriyasının matçları aprelin 3-dək təxirə salınıb.

Xeberleragentliyi.com xəbər verir ki, bu barədə İtaliya Milli Olimpiya Komitəsi qərarını açıqlayıb.

Qərara əsasən İtaliyadakı bütün idman yarışları koronavirusa görə təxirə salınıb. Lakin bu, İtaliya klubları və milli komandalarının beynəlxalq yarışlarına aid deyil.

Qeyd edək ki, ötən həftə A Seriyasının oyunları azarkeşsiz keçirilib. Həmçinin, UEFA “Roma” komandasının “Sevilya” ilə Avropa Liqası çərçivəsində matçlarının azarkeşsiz keçiriləcəyini elan edib.

Onu da bildirək ki, İtaliyada 9 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanlardan 463 nəfər dünyasını dəyişib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ