Sizin reklam burada
Sizin reklam burada

Prezident 30 yaşlı gənci başçı təyin etdi – Tərcümeyi-hal

Prezident 30 yaşlı gənci başçı təyin etdi – Tərcümeyi-hal

Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə Mirhəsən Seyidov Neftçala İcra Hakimiyyətinin başçısı təyin edilib.

Axar.az xəbər verir ki, Mirhəsən Mirheydər oğlu Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.

2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub.

2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən Mirhəsən Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib. 2010 -2011-ci illər ərzində hərbi xidmətdə olub.

İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlayıb, sentyabrdan etibarən isə Gənclər üçün Resurs Mərkəzlərində könüllü olaraq fəaliyyət göstərib.

2006-cı il yanvar ayından Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ) Regionlarla iş üzrə departament sədri vəzifəsini daşıyıb və region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş, yerli təhsil idarələri - universitet və məktəblərdə layihələrin keçirilməsi, region hesabatların hazırlanması kimi işləri həyata keçirib.

2007-ci il iyul ayından eyni təşkilatda Layihələrlə iş üzrə departament sədri kimi fəaliyyət göstərib.

2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib.

Dekabr ayından etibarən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ) baş katib müavini olaraq ictimai fəaliyyətinə davam etdirib.

2012-ci ilin fevral ayından başlayaraq Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubuna rəhbərlik edib.

2012-ci ilin mayında Azərbaycanda Avropa Hərəkatında İdarə Heyətinin üzvü olub.

2014-cü il 27 iyun tarixindən etibarən isə “İrəli” İctimai Birliyinin sədri seçilib.

2015-ci il 29 may tarixində Azərbaycan Respublikasının Milli Məclisinin "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən İctimai TV (Azərbaycan) 6 il müddətinə Yayım Şurasının üzvü seçilib.

2 fevral 2017-ci ildə Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb. 2017 -ci il 4 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

2017-ci il 21 sentyabr tarixindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Müşahidə Şurasının üzvüdür.

2018-ci ilin 8 yanvarından etibarən Mirhəsən Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə, 2019-cu ilin 13 oktyabr tarixindən etibarən Türk Şurası Gənclər Platformasının Prezidenti vəzifəsinə təyin olunub.

2019-cu ilin 22 oktyabr tarixindən etibarən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü vəzifəsinə təyin olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ