Sizin reklam burada
Sizin reklam burada

Rusiya: “Türkiyənin itkilərini öyrəndikdən sonra atəşkəslə bağlı hər şeyi etdik”

Rusiya: “Türkiyənin itkilərini öyrəndikdən sonra atəşkəslə bağlı hər şeyi etdik”Suriyanın İdlib bölgəsində 33 Türkiyə əsgərinin şəhid olması ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“İdlibdəki suriyalı terrorçular “Gərginliyi azaltma bölgəsi”ndə irimiqyaslı hücumlar təşkil etməyə hazırlaşır. Türkiyə əsgərləri bu bölgədə olmamalı idi. Bölgə Suriya ordusu qırıcıları tərəfindən vurulub. Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib.

Türkiyə ordusu birləşmələrinin olduğu yerə hücum etmədik. Rusiya Türkiyənin itkilərindən xəbər tutduqdan sonra atəşkəslə bağlı hər şeyi etdik”, - Rusiya MN-dən bildirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ