Türkiyəli iş adamı Ali Armağanın 14 yaşlı oğlu A.A. İstanbuldakı özlərinə aid villada intihar edib.
Redaktor.az bildirir ki, hadisə dünən yerli vaxtla saat 13:00 radələrində baş verib.
Villadan silah səsi gəlib. Dərhal əraziyə təcili yardım maşınları cəlb olunub. Ali Armağanın 14 yaşlı oğlu A.A.-nın qan içində yerdə uzanıqlı olduğu aşkarlanıb.
İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
Qeyd edək ki, Ali Armağan məşhur "PETLİNE" yanacaqdoldurma məntəqələrinin sahibidir.