Ermənistan ordusunun işğalı altında olan Dağlıq Qarabağdakı seperatçı rejimin "müdafiə naziri" dəyişdirilib.
"BakuPost" Yeniavaz.com xəbər verir ki, seperatçıların başçısı Bako Saakyan "Müdafiə naziri" general-leytenant Karen Abrahamyanı vəzifəsindən azad edib və onun yerinə "baş qərargah rəisi" general-mayor Cəlal Harutyunyanı təyin edildi.
Məlumat üçün qeyd edək ki, Cəlal Anatoli oğlu Harutyunyan 11 noyabr 1974-cü ildə Əsgəran rayonunun Badara kəndində anadan olub. 1981-1991-ci illərdə Badara kənd orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra Dağlıq Qarabağdakı seperatçılara qoşularaq Azərbaycan ordusuna qarşı döyüşüb. 1999-cu ildə Sankt-Peterburq Hərbi Akademiyasına daxil olub. 1992-ci ildən 2016-cı ilə qədər seperatçı rejimin "müdafiə ordusunda" müxtəlif vəzifələr tutub. "Aprel döyüşləri"ndən sonra - 14 iyun 2016-cı ildə Bako Saakyanın sərəncamı ilə hərbi hissələrin birinə komandir təyin edilib. 2018-ci ilin dekabr ayında "baş qərargah rəisi" birinci müavin təyin edilib. 8 iyul 2019-cu ildə Cəlal Harutyunyana "general-mayor" rütbəsi verilib.