Sizin reklam burada
Sizin reklam burada

MÜHARİBƏ BAŞLADI: Rusiya bombaladı, Türkiyə iki şəhid verdi

MÜHARİBƏ BAŞLADI: Rusiya bombaladı, Türkiyə iki şəhid verdi
Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada keçirilən hərbi əməliyyatlarla bağlı məlumat yayıb.

Redaktor.az-ın Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, 5 əsgər yaralanıb.

Suriyanın şimalında, İdlib vilayətində Türkiyə ordusunun 2 əsgəri şəhid olub.

Bu arada, Rusiyanın “Su-24” qırıcı təyyarələri Suriyanın İdlib vilayətini bombalayıb. Bu barədə Suriyadakı münaqişə tərəflərini barışdıran Rusiya Mərkəzi məlumat yayıb.

Məlumatda Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus “Su-24” qırıcı təyyarələrinin İdlibdə terrorçuların mövqelərinə zərbələr endirdiyi bildirilib.

Qeyd olunub ki, Rusiyanın bu mövqeləri bombalaması Suriya ordusuna hücumları dəf etməyə imkan verib.

Məlumatda o da vurğulanıb ki, aviazərbələr nəticəsində terrorçuların 6 zirehli və 5 ədəd pikap avtomobili məhv edilib. //APA

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ