“Heç şübhəsiz ki, Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlara əsaslanaraq Ermənistan baş nazirinin və dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırdı. Dövlət başçısı bildirdi ki, Qarabağın dağlıq hissəsinə erməni əhalisinin köçürülməsi XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra baş verib”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov qeyd edib ki, dövət başçısı savadlı və iradəli olanda həmişə istənilən situasiyadan qələbə ilə ayrılır: “Prezident İlham Əliyev millətimizin qürür yeridir, allah üstümüzdən əskik eləməsin”.