Sizin reklam burada
Sizin reklam burada

Cəlilabadda kütləvi zəhərlənmə: 7 nəfər xəstəxanaya yerləşdirildi

Cəlilabadda kütləvi zəhərlənmə: 7 nəfər xəstəxanaya yerləşdirildi


Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakinləri, 1979-cu il təvəllüdlü Niyaməddin İmanov, 2009-cu il təvəllüdlü İmanzadə Leyla Niyaməddin qızı, 1006-cı il təvəllüdlü İmanlı Rövlan Loğman oğlu, 2005-ci il təvəllüdlü İmanov Səyyad Loğman oğlu, 1984-cü il təvəllüdlü Əliyeva Səidə Mühacir qızı, 2007-ci il təvəllüdlü Əliyeva Nuranə Rövşən qızı və 2010-cu il təvəllüdlü Əliyeva Gülşən Rövşən qızı zəhərlənmə ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxslər N.İmanovun evində hazırlanan ət məhsulundan olan yemək və xiyar turşusundan zəhərləniblər.

Həmin məhsullardan nümunələr götürülüb, faktla bağlı araşdırmalar aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ