Sizin reklam burada
Sizin reklam burada

Rusiya vətəndaşlarını İŞİD-ə cəlb edən azərbaycanlıya 14 il həbs

Rusiya vətəndaşlarını İŞİD-ə cəlb edən azərbaycanlıya 14 il həbs
Rusiya Cənub Hərbi Dairə Məhkəməsi Anar Məmmədovu (1987-ci ildə Gürcüstanda doğulub, Rusiyanın Stavropol vilayətinin Yessentukskaya kəndində yaşayıb) öz dostlarını İŞİD terror təşkilatına cəlb etməkdə və saxta sənədlər hazırlamaqda təqsirli bilərək, cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 14 il azadlıqdan məhrum edib.

Kommersant.ru xəbər verir ki, istintaqın qənaətinə görə, Anar Məmmədov İŞİD terror təşkilatının ideologiyasının davamçılarından olub. O, Çerkesk və Stavropol şəhərinin sakinlərini terrorçulara qoşulmağa çağırıb. Məhkəmə prosesində məlum olub ki, Anar Məmmədov İslam dinini qəbul edən və Çerkeskdə yaşayan rus dostunun yanına gələrək Suriyada müsəlmanların maraqları naminə döyüşən silahlılara kömək etməyini istəyib.

A.Məmmədov 2018-ci ilin may ayında Qaraçay-Çerkesiya respublikasının və Stavropol vilayətinin sərhədini tərk etmək istəyərkən yol polisi postunda saxlanılıb. Təqdim etdiyi pasport və Azərbaycan vətəndaşının sürücülük vəsiqəsi polisləri sənədlərin düzgünlüyü barədə şübhəyə salıb. Sonradan sənədlərin saxta olduğu ortaya çıxsa da, Anar Məmmədov Nalçik şəhərində, başqasının adından istifadə edərək, Rusiyada müvəqqəti yaşayış icazəsi alıb və bank hesabı açıb.

Qeyd edək ki, Anar Məmmədov 2013-cü ildə tanışına qəsdən ağır bədən xəsarəti yetirməkdə təqsirli bilinərək bir il həbs cəzasına məhkum edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ