Sizin reklam burada
Sizin reklam burada

Bakı-Sumqayıt yolunda evakuatorun təhlükə şəraiti yaratması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Sumqayıt yolunda evakuatorun təhlükə şəraiti yaratması ilə bağlı RƏSMİ AÇIQLAMA

Görüntü aydın olmadığı üçün sürücünün “Yol hərəkəti haqqında” qanunun müvafiq tələbini pozub-pozmadığı barədə dəqiq fikir söyləmək çətindir.

Bunu Oxu.Az-a Bakı Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Bakı-Sumqayıt yolunda hərəkət edən evakuatorun təhlükə yaratmasına dair məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yayılan videogörüntü aydın çəkilmədiyi üçün dəqiq fikir söyləmək çətindir:

“Görüntüdən daşınan yükün ölçü parametrləri yaxşı görünmür. Bu səbəbdən də dəqiq fikir söyləmək olmur. Əgər arxada yerlə sürünən evakuatorun yüküdürsə, o halda, sürücü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin (Yüklərin daşınması) tələbini pozub”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ