Sizin reklam burada
Sizin reklam burada

BDU karantinə alınan çinli tələbə ilə bağlı məlumat yayıb - RƏSMİ

BDU karantinə alınan çinli tələbə ilə bağlı məlumat yayıb - RƏSMİ

"BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Yousha yanvar ayının ortalarında Çindən Azərbaycana geri dönüb. Tələbədə hər hansı bir virusun əlamətləri müşahidə olunmayıb".

APA xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetindən verilən məlumatda qeyd olunub. Bildirilir ki, tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil.

"O, Çindən gəldiyi üçün Universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib. Tələbə KTX-yə tərəfimizdən göndərilərkən onda heç bir xəstəlik əlaməti olmayıb. Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.

Bakı Dövlət Universitetində coxlu əcnəbi tələbələr təhsil alır. Universitet rəhbərliyi hər zaman onlara diqqət və qayğı ilə yanaşır. Liu Yousha da bu məqsədlə müayinəyə göndərilib və Universitet rəhbərliyinin diqqətində saxlanılır", - deyə məlumatda bildirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ