Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan güləşçisi yenə dünyanın ən güclüsüdür

Azərbaycan güləşçisi yenə dünyanın ən güclüsüdür

Sərbəst güləşçilərin ardından qadın güləşi üzrə idmançıların reytinq sıralaması açıqlanıb.

Oxu.Az xəbər verir ki, 15-18 yanvar tarixlərində İtaliyanın paytaxtı Romada keçirilmiş reytinq seriyalı turnirdə Azərbaycan idmançıları iştirak etməsə də, ilk “onluq”da üç güləşçimiz yer alıb.

Bunlar Mariya Stadnik, Tatyana Omelçenko və Elis Manolovadır. 50 kq-da ikiqat dünya və yeddiqat Avropa çempionumuz Stadnik yenə öz çəkisində birincidir. Ukraynalı legionerimiz 60 xala malikdir və ən yaxın rəqibi rumıniyalı Emilia Alina Vuçu altı xal qabaqlayır. Olimpiadaya vəsiqə qazanmış idmançımız, böyük ehtimalla, Tokiodakı yarışa kimi ilk “dördlük”də yer alıb, səpələnmişlər səbətində yer alacaq.

Qeyri-Olimpiya çəkisi olan 59 kq-da Tatyana Omelçenko 16 xala malikdir. IV İslam Həmrəylik Oyunlarının qalibi yeddinci yerdədir.

Avropa çempionumuz Elis Manolova da qeyri-Olimpiya çəkisi sayılan 65 kq-da “onluğ”a düşüb. Bolqarıstanlı legionerimiz 23 xalla üçüncü yeri tutub. Həmçinin, çinli Siaoçyen Van da eyni xal toplayıb.

Xatırladaq ki, sərbəst güləşçilərin reytinq cədvəlində dörd idmançımız ilk “onluq”da yer almışdı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ