arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

“Milyonum da olsa, Həcinin 100 manatı şirindir”

“Milyonum da olsa, Həcinin 100 manatı şirindir”

“İndi yaşadığım evi Həci (həyat yoldaşı - red.) alıb. Mən necə deyim ki, özüm almışam? Kişinin oğlu o boyda ev alıb axı”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.

İfaçı veriliş zamanı çox pul xərclədiyini söyləyib:

“Çox çalışıram, pul qazanıram. Lakin bədxərcəm. Zinət əşyalarına, geyimə çox pul verirəm. Başım çıxmasa da, ən bahalı telefonu alıram. Amma Milyonum da olsa, Həcinin 100 manatı elə bərəkətlidir, elə şirindir ki...

Hərdən mənə deyir ki, yaxşı ki, boynuna alırsan. Əslində, bu gün kişinin qazancına ehtiyacım yoxdur. Amma o, pul verəndə şirin olur”.

  • Sosial şəbəkədə paylaş